DünyaManşet

Zelenski: “Bu, Putinin hərbi maşınının ürəyindən vurulan zərbədir”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan Amerikaya neft, neft məhsulları, təbii qaz və daş kömür idxalına qoyduğu embarqoya görə ABŞ prezidenti Cozef Baydenə minnətdarlığını bildirib.

Novator.az-ın məlumatına görə, Zelenski “Twitter” hesabında yazıb ki, Baydenin martın 8-də tətbiq etdiyi embarqo Putinin hərbi maşınının ürəyindən vurulan zərbədir.

Daha sonra videomüraciətində bir daha ABŞ prezidentinə minnətdarlığını çatdıran Ukrayna prezidenti vurğulayıb ki, Bayden Amerika şirkətlərinə, vətəndaşlarına Rusiyadan neft, neft məhsulları, qaz, kömür almağı, Rusiyanın istilik-enerji komplekslərinə hər hansı sərmayə yatırmağı yasaq etməklə həm də bütün dünyaya ciddi ismarış yollayıb: “Həmin ismarış çox sadə həqiqəti ifadə edir: Rusiyaya bir qəpik də vermək olmaz, çünki Rusiyaya ödənilən hər qəpik gülləyə, bombaya çevrilib suveren dövlətə qarşı yönəlir”.

Vladimir Zelenski Rusiyanın ABŞ bazarlarından məhrum olmasını işğalçıları daha da zəiflədəcəyinə inandığını deyib və başqa ölkələri də oxşar embarqolar tətbiq etməyə çağırıb.

Bənzər yazılar

Back to top button