İdman

“Mbappeni mənimlə müqayisə etmələri xoşuma gəlmir”

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin onunla müqayisə olunmasına münasibət bildirib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o deyib ki, insanları müqayisə etmək lazım deyil:

“Hər kəsin öz üslubu, güclü və zəif tərəfləri, oyuna baxışı var. Mbappe ilə məni tez-tez müqayisə edirlər, çünki biz Parisdə böyümüşük, “Monako”da oynamışıq. Mbappeni mənimlə müqayisə etmələri xoşuma gəlmir. Mən özüm idim, Mbappe isə Mbappedir. Onun oyununu bəyənirəm. Silah gücü ilə özümü bir futbolçu kimi başqası ilə müqayisə etməyə məcbur olsam, Mbappeyə zəng edərdim.

Onun meydanda çox ağıllı olması, düşüncə tərzi xoşuma gəlir. Bunu onun müsahibələrindən də görmək olar. Nəyə nail olmaq istədiyini başa düşür. Düşünürəm ki, onun yüksək oyun intellekti var. İnsanlar ilk növbədə onun sürətini görürlər. Ancaq təkcə topa sahib olmaq yox, həm də düzgün qərarlar qəbul etmək lazımdır”.

Bənzər yazılar

Back to top button