Cəmiyyət

3 şəhid, 4 qazi və 10 döyüşçünün təhsil aldığı məktəb: “Utandım…” (FOTO

Lerik rayon İcra Hakimiyyətindən 3 şəhid, 4 qazi, 10 döyüşçünün təhsil aldığı məktəblə bağlı tənqidi fikirlərə münasibət bildirilib.

İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Habil Məlikov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu il Lerik rayonunun Dico kəndində yeni orta məktəbin tikintisi planlaşdırılıb:

“Orada cəmi 33 ev var. Meşənin işindədir. 3 nəfər şagird təhil alır. Həmin məktəb çox köhnədir. İbtidai məktəbdir. 2022-ci il üçün dövlət proqramında həmin məktəbin tikintisi nəzərdə tutulub. Təhsil Nazirliyinin məlumatına görə, bu il orada modul tipli bir məktəb inşa olunacaq”.

Habil Məlikov onu da bildirib ki, rayonda 106 məktəb var:

“106 məktəbin 90-dan çoxu yenidən inşa olunub. Yerdə qalanlar da təmir edilib”.

***

“Utandım. Ona görə ki, güclü Azərbaycanın belə məktəbi var”.

Bunu təhsil eksperti Kamran Əsədov Lerik rayon Dico kənd məktəbindən danışarkən deyib.

Ekspert məktəbin iki şagirdi və bir müəllimi olduğunu vurğulayıb:

“Bu məktəb dediyimiz daxmanın uzunluğu 5, eni isə 3 metrdir. Burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə, 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan bundan məhrumdurlar. Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur”.

Kamran Əsədov əlavə edib ki, 13 evlik kəndin II Qarabağ müharibəsində, zəfərlə başa çatan Vətən müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub:

“2 otaqlı bir normal, 10 metrlik tikili maksimum 5 min manata başa gələr. Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayrsın”.

Bənzər yazılar

Back to top button