Dünya

Türkiyədəki cənnət: Beyşehir gölündəki Mada adası (FOTO)

Gölün ortasındakı adanın sakinləri koronavirusdan təcrid olunmuş həyat sürürlər

Türkiyənin məskunlaşma olan tək göl adası xüsusiyyəti daşıyan İsparta vilayətinin Şarkikaraağaç rayonunun tabeliyindəki Mada adasının sakinləri dünyanı təsiri altına alan yeni tip koronavirus (“Covid-19”) epidemiyasından təcrid olunmuş şəkildə yaşayırlar.

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İspartanın Beyşehir gölündəki 32 böyük və kiçik adanın ən böyüyü olan Mada adasında təxminən 30 ev təsərrüfatında 180 adam yaşayır.

Madaya nəqliyyat demək olar ki, hər ailədə qayıqlarla təmin olunur. Adaya getmək və ya buradan qayıtmaq istəyənlər 700 metr məsafəni qayıqlarla qət edirlər.

Bu səbəblə illərdir bir çox insanın ziyarət etmədiyi adanın sakinləri koronavirusun yayılmasından sonra giriş və çıxışların məhdudlaşdırılması ilə xəstəlikdən tamamilə təcrid olunmuş şəkildə yaşamağa başladılar.

Orta yaşı olduqca yüksək olan ada sakinlərinin ehtiyacları “Vəfa” Sosial Dəstək Qrupu üzvləri tərəfindən qarşılanır.
Vətəndaşların yemək və dərman kimi ehtiyaclarını qəbul edən qruplar, qayıqlarla adaya çatırlar. Onlar qapı-qapı gəzir, ehtiyacı olanlara yardım paylayırlar.

Gölün ortasındakı adadakı koronavirusdan təcrid olunmuş bir həyat sürən ada sakinlərinin heç birində “Covid-19” xəstəliyi qeydə alınmayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button