Hadisə

İcra başçısı piyadaların qanadı olduğunu zənn edir

Bakının Xətai rayonu, Gəncə prospektində səkinin üzərində obyekt inşa olunub.

Əvvəllər mövcud olan obyektin qarşısında aparılan artırma işləri nəticəsində səki zəbt edilib.

Məlumata görə, obyektin qarşısında aparılan tikinti işləri nəticəsində səki daralıb və nəticədə burada hərəkət çətinləşib.

Bildirilir ki, qeyd olunan obyekt əvvəllər birmərtəbəli olub və yaxınlıqdakı digər obyektlər kimi bir xətt üzrə yerləşib. Lakin obyekt sahibi onu sökərək yerində ikimərtəbəli bina inşa etdirib.

Xətai Rayon İcra Hakimiyyətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilib ki, vətəndaşların etirazı nəzərə alınaraq sözügedən əraziyə baxış keçiriləcək. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək. (İqtisadiyyat.az)

Bənzər yazılar

Back to top button