Dünya

Makron Ukraynanın Avropa İttifaqına qəbul edilməsinin mümkün olmadığını dedi

Ukraynanın Avropa İttifaqına qəbulu proseduruna başlamaq mümkün deyil. Bunu Fransa prezidenti Emmanuel Makron Versalda Avropa İttifaqı liderlərinin sammitindən əvvəl jurnalistlərə deyib.

“Bildiyiniz kimi, üç ölkə – Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. Hesab edirəm ki, hazırkı dövrdə diqqətli olmalıyıq. Bu gün müharibə gedən ölkəyə Avropa İttifaqına daxil olmaq üçün proseduru aça bilərikmi? Düşünmürəm”, – Makron qeyd edib.(virtualaz.org)

Bənzər yazılar

Back to top button