Cəmiyyət

Saleh Məmmədov büdcə pulları ilə nəvəsinə Londonda ad günü keçirdi – 1 milyon funt strelinqə…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovla redaksiyamızın elektron poçtuna ilginc informasiya daxil olub. Dia.az-a xəbəri verən mənbə bildirir ki, Saleh Məmmədov Londonda yaşayan nəvəsinin ad gününü qeyd etmək üçün Böyük Britaniyaya səfər edib.

Mənbənin dia.az-a bildirdiyi: “O, nəvəsinin ad günün Londonun tarixi yerində olan məşhur bir restoranı bağlatmaqla martın 9-da 1 milyon funt strelinqə möhtəşəm ad günü keçirib”.

Xatırladaq ki, S.Məmmədovun oğlu Sübhan Məmmədli Londonun mərkəzində yerləşən Camella House apartmanında 24 nömrəli mənzil üçün 2.8 milyon manat pul ödəyib yaşayır. Sübhan Londondakı «Splento Ltd» şirkətinin Biznesin İnkişafı Deperrtamentinin direktorudur. Geniş biznes şəbəkəsinə malikdir.

Məmmədovlar ailəsində bu qədər pulun hardan olması ilə bağlı şübhələrin isə yeganə təxmini dövlətimizin büdcəsindəki pullardan AAYDA-nın payına düşənlərdir…

Xatırladaq ki, Saleh Məmmədovun 25 yaşlı oğlu ilə bağlı 3 il əvvəl qalmaqallı bir məlumat da yayılmışdı. Həmin məlumatı isə dünyaca məşhur “Daily Mail” tirajlamışdı. Sözügedən nəşrin yaydığı məlumata görə, 22 yaşlı azərbaycanlı gənc (2019-cu ildə Sübhanın 22 yaşı var idi -red.) İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.

Bir sözlə, Saleh Məmmədov oğluna korluq vermir və indi də aydın olur ki, elə nəvəsinə də… BÜDCƏMİZ SAĞ OLSUN…

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button