İdman

“Qarabağ” dünya reytinqində irəlilədi – “Neftçi” 236-cı oldu

“Qarabağ” klubu dünya reytinqində irəliləyib.

“Report” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb.

Komanda ötən ayla müqayisədə 54 pillə irəliləyib. “Neftçi” isə 81,5 xalla 236-cı sıradadır.

Siyahıya 310 xalla İngiltərənin “Çelsi” (310) klubu başçılıq edir. Braziliya “Palmeyras”ı (286) ikinci, “Atletiko Mineyro” (285) isə üçüncüdür.

Bənzər yazılar

Back to top button