GündəmSiyasət

Qarabağda və Ermənistanla sərhəddə atışma davam edir

Martın 11-nə keçən gecə və cümə günü səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni birləşmələri Azərbaycan ordusunun Füzuli, Xocavənd, Ağdam və Xocalı istiqamətlərindəki mövqelərinimüxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb, itki yoxdur.

Bənzər yazılar

Back to top button