İqtisadiyyat

TƏBİB 2500 ədəd Mingəçevir kompüteri alacaq

“Htech Invest” MMC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün 2500 kompüter dəsti tədarük edəcək.

Qaynarinfo xəbər verir ki, TƏBİB-in bu gün tender keçirib.

Satınalmanın şərtlrinə görə, ümumi məbləği 2 milyon 229,6 min manat olan kompüterlərin çatdırılması tərəflər arasında razılaşma bağlandıqdan sonra 40 gün ərzində həyata keçirilir. Kompüterin biri 891,8 manata (524,6 dollar) alınır.

Qeyd edək ki, “Htech Invest” şirkəti 2015-ci ildə təsis edilmiş və kompüter avadanlığının yığılması ilə məşğuldur. Bu sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı (Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı) təsis edilib. “Htech Invest” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Mingəçevir Yüksək texnologiyalar parkının rezidenti statusunu almış ilk şirkət olub.

Bənzər yazılar

Back to top button