Gündəmİqtisadiyyat

Azərbaycanda buğda qiymətlərinin artacağını gözləmək lazımdır

Rusiya Gömrük Tarifi və Qeyri-Tarif Tənzimlənməsi üzrə Alt Komitə Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına 2022-ci il avqustun 31-dək müvəqqəti qadağa tətbiq edilməsi barədə qərarı təsdiqləyib. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə, həmçinin şəkər və xam şəkərin ittifaqdan kənara ixracına da qadağa qoyulub. Qeyd etməliyəm ki, bu qərarın Azərbaycan və Avrasiya İqtisadi İttifaqa üzv olmayan ölkələrə aidiyyatı yoxdur.

Bu qərardan sonra Avrasiya İqtisadi İttifaqı ölkələri əvvəlki kimi asanlıqla güzəştli şərtlərlə Rusiyadan buğda və meslin, çovdar, arpa, qarğıdalı əldə edə bilməyəcəklər. Rusiya Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, Aİİ ölkələri cari mövsümdə rüsumsuz rejimdə lazımi həcmdə taxıl almışdır.

Rusiya Taxıl İxracatçıları İttifaqının idarə heyətinin sədri Eduard Zernin mətbuata açıqlamasında bildirib ki, Aİİ-dəki tərəfdaşlar “çoxdan əsaslandırılmış taxıl həcmlərini alıblar”. Zernin onu da qeyd edib ki, Qazaxıstan və Qırğızıstan Rusiya Federasiyası tərəfindən ixrac kvotası tətbiq edildikdən sonra taxıl alışının həcmini kəskin şəkildə artırıblar.

Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut mətbuata bildirib ki, Qazaxıstan nəzərdə tutulduğundan 2,5 milyon ton artıq buğda alıb. O, hesab edir ki, Rusiya taxılı “daxili Qazaxıstan tranziti ilə başqa bazarlara”, Aİİ üzvü olmayan Özbəkistana gedir. Halbuki Özbəkistan o həcmdə Rusiyadan buğda idxal etməklə ixrac rüsumu ödəməli idi.

Beləliklə, dünya bazarında buğdanın qiymətinin kəskin şəkildə bahalaşdığı bir vaxtda Rusiya hökuməti çalışır ki, taxılın ittifaq ölkələri hüdudlarından kənara ixracın qarşısını alsın və bu imkanlara özü sahib olsun.

Rusiya Kənd Təsərrafatı Nazirliyi bildirir ki, hazırda Rusiyada taxıl tədarükü 150%-i ötür. Bu o deməkdir ki, Rusuyanın taxıl ehtiyatları təlabatından 50% çoxdur. Rusiya hökuməti şəkər və xam şəkərin ittifaq ölkələrinin hüdudlarından kənara ixracına qadağanın tətbiq edilməsini hazırkı şəraitdə daxili bazarın qorunması ilə əlaqələndirir. Apardığımız araşdırmalar göstərir ki, son bir neçə gün ərzində Rusiya bazarlarında çox ciddi şəkər qıtlığı yaranmışdır.

ASTNA-nın eksperti Vahid Məhərrəmov qeyd edir ki, Azərbaycan ərzaq buğdasına olan təlabatının əsas hissəsini, bəzi illərdə 55-60%-ni, bəzi illərdə isə hətta 70%-ni Rusiyadan idxal edilən buğdanın hesabına ödəyir. Azərbaycan şəkər istehsalı üçün istifadə edilən xam şəkərin 45%-ni də Rusiyadan idxal edilir. Rusiya buğdanın ixrac rüsumunu artıracağı halda Azərbaycanda buğdanın, unun, un məmulatlarının və çörəyin qiymətlərinda artım gözlənilir.

Bənzər yazılar

Back to top button