Hadisə

Məşhur “Zeytunluq”da ekoloji genosid: ağacları kəsib obyekt tikdilər – FOTO

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, “Zeytunluq” deyilən ərazidə bayram günləri genişləndirmə işlərinə başlanıb.

Tribunainfo.az məlumat verir ki, çoxillik yaşıllıqlar məhv edilərək, həmin yerdə fəaliyyət göstərən “Zeytun” restoranı ərazini genişləndirir.

Belə təəssürat yaranır ki, restoran sahibi Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “xeyir-duası” ilə bu yaşıl genosidi həyata keçirməkdədir.

Bakının “COP29” konfransına ev sahibliyi edəcəyi bir ildə paytaxtda yaşıllığın məhv olunmasına göz yuman qurumların nə gözündə qorxu var, nə də Prezidentin yaşıllıqlar, qanunsuz tikililər haqda xəbərdarlıqlarını yada salırlar.

Məlumata görə, adıçəkilən restoranın genişləndirilən və əlavə tikintilər aparılan, həmçinin parklanma kimi istifadə olunan ərazisi özəl mülkiyyət deyil. Sadəcə, qanunsuz zəbt olunub. Belə ki, həmin yer BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan zeytunluq ərazidir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilib ki, araşdırma aparılır, müvafiq tədbirlər görüləcək .

Bənzər yazılar

Back to top button