İdman

Beyl “Real”dan ayrılmaq istəyir

“Real”ın futbolçusu Qaret Beyl Madrid təmsilçisindən ayrılmaq istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi bununla bağlı klub rəhbərliyinə bildirib. 30 yaşlı oyunçu ona əlverişli təklif göndərməyə hazır olan Çin klublarından birinə keçmək istəyir. Bundan başqa, Beylin rəhbərlik və məşqçi heyəti ilə yaxşı olmayan münasibətləri səbəbindən daha Madrid təmsilçisi üçün oynamaq istəmədiyi iddia olunur.

Qeyd edək ki, Beyl 2013-cü ildən “Real”ın şərəfini qoruyur.

Bənzər yazılar

Back to top button