İdman

“Real Madrid”in maaş limiti göz qamaşdırır, “Barselona” isə…

Qış transfer pəncərəsi bağlandıqdan sonra İspaniyada elita və Sequnda klublarının maaş limiti bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın ünlü AS nəşri məlumat yayıb. Mənbənin verdiyi informasiyaya görə, “Real Madrid” 739,163 milyon avro limitlə ən böyük ehtiyata malik İspaniya komandası olaraq qalır. Hazırda xərcləmək üçün 144,35 milyon avro limiti olan “Barselona” paytaxt təmsilçisindən xeyli geridədir.

“Barselona”nın bərbad maliyyə vəziyyəti hamıya məlumdur. Kataloniya təmsilçisi bu qış Ferran Torres, Obameyanq, Adama Traore və Dani Alves kimi futbolçularla güclənmək üçün çox çalışmalı olub.

Bənzər yazılar

Back to top button