GündəmManşetSiyasət

ABŞ Qarabağda son eskalasiyaya reaksiya verib

Bazar ertəsi Vaşinqton son vaxtlar Ermənistan və Azərbaycan qüvvələri arasında yaranan gərginliyə reaksiya verib. Bu barədə Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində tərəfləri “təmkinlik nümayiş etdirməyə və həll edilməmiş bütün məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə” çağırıb”, – Dövlət Departamentinin bəyanatında deyilir.

Dövlət katibi həmçinin ABŞ və Ermənistan arasında ikitərəfli tərəfdaşlığın davam etdirilməsinin vacibliyini, ABŞ-ın Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyə yardım göstərməyə sadiq qaldığını vurğulayıb.

Blinken ABŞ-ın digər tərəfdaşlarla yanaşı, Moskvanın və onun tərəfdarlarının, o cümlədən, Belarusda Lukaşenko rejiminin Kremlin Ukraynaya qarşı əsassız və haqsız müharibəyə görə məsuliyyətə cəlb olunmasını davam etdirməyə sadiq olduğunu vurğulayıb.

Blinkenin Yerevana zəngi prezident Co Baydenin ABŞ-ın 1,5 trilyon dollarlıq xərclər barədə miqyaslı qanunu imzalamasından bir neçə gün sonra baş tutub. Bu qanun Cənubi Qafqaz ölkələri tərəfindən hərbi əməliyyatların mümkünlüyü barədə məlumat verilməsi tələbini əhatə edir, Turan-ın müxbiri bildirib.

2022-ci maliyyə ilində xarici yardım haqqında qanun layihəsində nəzərdə tutulur ki, “bu qanun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq, milli kəşfiyyat rəhbəri Cənubi Qafqaz ölkələrində (o cümlədən Dağlıq Qarabağda və ya hər hansı digər mübahisəli ərazidə) hərbi əməliyyatların başlanma ehtimalının qiymətləndirilməsilə bağlı hesabatı Konqresin müvafiq komitələrinə təqdim etməlidir”.

“Belə hesabat hər bir Cənubi Qafqaz ölkəsinin strateji balansının və hərbi hücum imkanlarının qiymətləndirilməsini əhatə etməlidir”, – qanun layihəsində deyilir.

Ötən cümə axşamı ABŞ Senatı qanun layihəsini təqdir edib və onu Ağ Evə göndərib. Ağ Evin məlumatına görə, prezident Bayden cümə günü qanunu imzalayıb.

Bənzər yazılar

Back to top button