GündəmManşetSiyasət

Əliyev və Blinken Cənubi Qafqaz və Ukraynanı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı olub, söhbət zamanı Cənubi Qafqazda sülhə nail olmaq yolları və və Ukraynada müzakirə edilib. Bu barədə ABŞ dövlət katibi Twitterdə öz mikrobloqunda məlumat verib.

Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiya ilə bağlı son xəbərlərə toxunan dövlət katibi “tərəfləri təmkin nümayiş etdirməyə və bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb”.

Dövlət Departamentinin məlumatına görə, Blinken Azərbaycanda insan hüquqları və əsas azadlıqlara hörmətin vacibliyini də vurğulayıb.

“Dövlət katibi ABŞ-ın digər tərəfdaşları ilə yanaşı, Moskvanı və onun tərəfdarlarını, o cümlədən Belarusdakı Lukaşenkо rejimini Kremlin Ukraynaya qarşı əsassız müharibəyə görə məsuliyyətə cəlb etmək öhdəliyini vurğuladı”.(Turan)

Bənzər yazılar

Back to top button