Dünya

Şimali Koreya ilə bağlı ŞOK faktlar – Edam, aclıqdan öldürmək, qaçırmaq, iflic etmək – FOTOLAR

Keçirdiyi raket sınaqları ilə dünyanın narazılığına səbəb olan Şimali Koreya sadəcə bu cəhdi ilə maraq dairəsində deyil. Şimali Koreya diktatura ilə yanaşı qəribəliklərin də vətənidir.

A24.Az Şimali Koreyaya xas qəribəlikləri nəzərinizə çatdırır:

Zenit topları ilə edam. Şimali Koreyada ən çox rastlanan edam növüdür. Hər il nə qədər adam bu üsulla edam olunur sayı dəqiq bilinmir. Cənubi Koreya mediasına görə, keçən il idarəçilik sisteminə etiraz etmələri səbəbilə iki Şimali Koreya naziri- kənd təsərrüfatı naziri Hvang Min, təhsil naziri Ri Yong-jin bu üsulla edam edilib. Cənubi Koreya mediası cari ildə də 5 nəfərin bu yolla edam edildiyini bildirib.


2.Xalqın gözü önündə edam. Diktatura rejiminə xas, xalqı qorxuya salmaq üçün istifadə edilən üsul. Bu üsulla sadəcə dövlət xadimlərini yox, sadə vətəndaşları da edam edirlər. 2007-ci ildə bir fabrik müdiri atasının Kim hökumətindən əvvəldə yaşadığı səbəbilə 170 min insanın gözü qarşısında stadionda edam edilib.
3. Aclıqdan öldürmək. Müharibələrdə əsir götürülən insanları həbsdə aclıqdan öldürürdülər. Koreya müharibəsi zamanı əsir düşən insanların öldürüldüyü üsul.
4. Tarlaları talan etmək icazəsi. Şimali Koreya nüvə və hərb sənayesinin inkişaf etdirməkdə davam etsə də, çox kasıb ölkədir. Dövlət özlərini ərzaqla təmin edə bilməyən əsgərlərə insanların tarlalarını talan etmək icazəsi verib. Buna görə də əkinçilər tarlalarını əsgərlərdən qorumaq üçün xüsusi üsullar fikirləşirlər.
5. Sonqbun sistemi. 1960-cı illərdə tətbiq edilən sistemdir. Sistemə görə əhalini “təmiz”, “şübhəli” və “düşmən” kateqoriyalarına görə siyahıya alırdılar. 3 milyondan artıq insanın siyahıya alındığı sistemə görə Kim tərəfdarı və Yaponiyaya qarşı döyüşən şəxslər “təmiz”, Yaponiyaya simpatiyası olan torpaq sahibləri, iş adamları və intellektual insanlar “şübhəli” kateqoriyasına qeyd edilirdi. 1990-cı illərdə yaşanan qıtlıq səbəbilə Sonqbun sistemi ləğv edildi.

6. Şimali Koreyada milliyyətçiliyi təbliğ edən və birbaşa dövlətə tabe olan bir telekanal var.
7.Yaşlı ailə üzvlərinə “intihar et” təzyiqi. Ölkədə baş alıb gedən aclıq, səfalət və xəstəliyə görə ailənin gənc üzvləri yaşlı üzvlərdən intihar etmələrini tələb edirlər. Ailələrdəki yaşlılar bu səbəbdən övladları ilə ünsiyyət qurmamaq üçün hər gün evdən çıxıb küçələrdə gəzirlər.
8. Qaçırılma faktları- Pulqasari. Şimali Koreya rəhbərliyi xaricə insan qaçırmaq əmri verir. Misal olaraq, Cənubi Koreyalı rejissorun Şimali Koreya lideri Kimin əmrilə Çinə qaçırılmasını göstərmək olar. Səbəbi isə rejissorun çəkdiyi “Pulqasari” filminin Şimali Koreyada çox izlənilməsi və Kimin bundan məmnun qalmaması idi.
9. Yapon vətəndaşlarını qaçırtmaq. 1970-1980-ci illərdə Şimali Koreya liderinin əmrilə 12 yapon vətəndaş qaçırılıb. 2002-ci ildə verilən açıqlamada qaçırılanlardan 8-nin öldüyü, 4-nün isə Pxenyanda yaşadığı bildirilmişdi. Şimali Koreya yapon vətəndaşlarını şimali koreyalılara yapon dilini öyrətmələri üçün qaçırtdırıb.
10.Şimali Koreyaya gedən başqa ölkə vətəndaşlarının ölkələrinə iflic edilərək geri göndərilməsi. Amerika vətəndaşı Vambier 2016-cı ildə Şimali Koreyada 15 il həbs cəzasına məhkum edilib, bu il isə ölkəsinə iflic vəziyyətində göndərilib. O danışa bilmir, görmür və heç bir suala reaksiya verə bilmirdi. Vambier ABŞ-a göndəriləndən bir müddət sonra vəfat edib.

Bənzər yazılar

Back to top button