Mədəniyyət
Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirildi (FOTO)
Rusiyada vəfat edən Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirilib.
AzToday.az APA-ya istinadən xəbər verir ki, mərhumun yaxınları cənazəni qarşılayıb.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən kinorejissor R.İbrahimbəyov 6 aya yaxın müalicə aldığı Moskvada yerləşən xəstəxanada dünyasını dəyişib. Kinorejissorun dəfni səhərə nəzərdə tutulub.