İdman

Ronaldo və Messi yenə 1/8 finalda dayandılar – Çempionlar Liqası

Kriştiano Ronaldo və Lionel Messi Çempionlar Liqasında çıxışlarını erkən başa vurublar.

Qol.az xəbər verir ki, ötən il olduğu kimi, bu mövsümdə də hər iki futbolçunun komandası ÇL-in 1/8 finalında mübarizəni dayandırıblar. Ronaldonun komandası “Mançester Yunayted” “Atletiko”ya, Messinin klubu PSJ isə Madridin digər təmsilçisi “Real”a uduzub.

Ötən il eyni hallar bu iki futbolçu “Yuventus” və “Barselona”da oynayanda da baş vermişdi.

Bunadək isə son dəfə 2004/05 mövsümündə Ronaldo və Messinin komandaları 1/4 finala yüksələ bilməmişdilər.

Bənzər yazılar

Back to top button