Dünya

Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə ediblər

Ankara Rusiya-Ukrayna böhranının başlanğıcından etibarən dəqiq, tarazlaşdırılmış və obyektiv mövqe tutub, qanuniliyi dəstəkləyib. Bu barədə Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu çərşənbə günü Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə bildirib.

Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, Türkiyə həm Ukrayna ilə, həm də RF ilə müsbət münasibətlərini qoruyub saxlayır, ədalətli vasitəçi rolunu oynayır.

Çavuşoğlu qeyd edib ki, Türkiyə boğazların statusu haqqında Montre Konvensiyasına sadiqdir və onun müddəalarını yerinə yetirəcək.

Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya və Türkiyənin Ukrayna ilə bağlı fikir ayrılıqları var. Amma, Rusiya nazirinin sözlərinə görə, Ankaranın tarazlaşdırılmış mövqeyi RF üçün xüsusi əhəmiyyət kəsb edir.

Moskva Ankaranın Montre Konvensiyasının tələblərinə məsuliyyətli yanaşmasını yüksək qiymətləndirir, deyə Lavrov qeyd edib.

“Bizim üçün əsas mövzu Ukraynadakı vəziyyət və onun tezliklə həll edilməsi zərurətidir. Sirr deyil ki, bu məsələ ilə bağlı bizim baxışlarımız üst-üstə düşmür. Türkiyənin hazırki böhranın yaratdığı vəzifələrə obyektiv yanaşmağa çalışmaqla tutduğu mövqeni yüksək qiymətləndiririk və bu mövqeyə böyük hörmətlə yanaşırıq.

Ankaranın Montre Konvensiyası üzrə öhdəliklərə riayət edilməsinə məsuliyyətli yanaşmasını da görür və yüksək qiymətləndiririk”, deyə Lavrov qeyd edib.

O, əlavə edib ki, Çavuşoğlu ilə Suriya, Liviya, Əfqanıstan və Zaqafqaziya ilə bağlı məsələləri də müzakirə etmək niyyətindədir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button