Hadisə

Arif Qasımov Nizamidən getdi, amma “qara kassası” Tariyel Tahirov hələ də rayonu talan edir…

Yaşıllıqların qənimi Tariyel Tahirov niyə cəzalandırılmır?…

Arif Qasımov haqqında uzun-uzadı yazmadan qeyd edək ki, bu şəxs müxtəlif illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2015-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Və…

2020-ci ildə vəzifəsindən rüsvayçılıqla qovulmuşdur.

Bəli, vəzifəsindən azad edilməmişdir, konkret olaraq qovulmuşdur.

Çünki bu adam, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın Nizami rayonunda abadlaşdırdığı məhəllədəki uşaqlar üçün istirahət yerinin, oyun meydançasının yerində özü üçün restoran tikmişdi.

Məhz buna görə, vəzifəsindən qovuldu.

Arif Qasımov vəzifəsindən getsə də, onun biznes şərikləri hələ də Nizami rayonunda at oynadırlar.

Yuxarıda qeyd etdiyimiz kimi Arif Qasımov Siyəzəndə icra başçısı olanda onun orada “qara kassası” olub.

Bəli, Tariyel Abdurahman oğlu Tahirov Siyəzən RİH-də Arif Qasımovun tikinti üzrə müavini olub. Və Siyəzən rayonunda torpaq satmaqla, qanunsuz tikililərə saxta sənəd verməklə tanınıb.

Və Arif Qasımov Nizami RİH-ə başçı təyin olunan kimi Tariyel Tahirovu Nizami RİH-də Təsərrüfat şöbəsinə müdir təyin etdi və Tariyel Tahirov Siyəzəndə elədiyi qanunsuzluqları Bakıda davam etdirməyə başladı.

Bircə nümunə ilə bu qanunsuzluqlara nəzər salaq.

Nizami rayonu ərazisindəki neçə min voltluq elektrik xətlərinin altında sovet dövründə yaşıllıqlar salınıb ki, gərginliyi azaltsın. Tariyel Tahirov isə həmin təhlükəli ərazidəki ağacları kəsdirərək, ictimai-iaşə obyekti, çayxana, kafe kimi iş adamlarına satıb.

Bu adamı Nizami rayonunda “yaşıllıqların qənimi” kimi tanıyırlar. O, öz dəstəsi ilə Nizami rayonunda ağacları kəsir, ərazini təmizləyir və sonra baha qiymətə satır.
Bir neçə il əvvəl metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında, 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilib yerində obyektlər tikliləndə media Tariyel və Arif Qasımovu gündəmə gətiridi.

Vaxtilə bu əməlləri Tariyel Tahirov öz şefi Arif Qasımovun göstərişi ilə edirdi. Bəs indi..?

Mediadan yayılan məlumatlardan bəlli olur ki, Arif Qasımovun cismi Nizami RİH-dən getsə də ruhu hələ də orada dolaşır və Arif Qasımov Tariyel Tahirovun əli ilə indi də Nizami rayonundan, daha doğrusu, burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul yığırlar.

Tariyel Tahirov elə möhtəbər şəxslərin adından istifadə edir ki…hətta Bakı ŞİH-nin başçısı, hörmətli Eldar Əzizovun adını hallandırır.

Bəli, Nizami rayonu Arif Qasımovun istilasından azad olsa da, Tariyel Tahirovlar hələ də bu rayonda at oynadır. Görəsən, müvafiq dövlət qurumları bunu görmür?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gundelik baku.com)

Bənzər yazılar

Back to top button