İqtisadiyyat

“Kapital Bank“da müştəri məmnuniyyətsizliyi: “Deyirlər ki, işinizi-gücünüzü atıb filiala gəlin“

“Kapital Bank” ən xırda problemdə belə müştərini filiala çağırır, amma kartı sifariş edəndə iş yerinə kimi çatdırılma edir”.

Yenicag.az-ın məlumatına görə, bu sözləri “Kapital Bank”da üzləşdiyi problemi vurğulayan bankın müştərisi Nizami Novruzov deyib.

Nizami Novruzovun sözlərinə görə, bankın pul siyasəti vətəndaşda çaşqınlıq yaratmaqla yanaşı, problemin həllini də çıxılmaz vəziyyətə salır:

“Kapital Bank”ın tək amili müştərini tutana kimi onun nazıyla oynamaqdır. Kartımı itirdiyim üçün filiala getdim ki, kartın kopyasını çıxartdırım. Bankın əməkdaşı dedi ki, sizin kartınız sığortalı deyil və buna görə əlavə 5 manat ödəniş etməliyəm. Karta olan borcumu ödəyən kimi bağlatdıracağım üçün əlavə ödəniş etmək və kartın kopyasını çıxartdırmaq istəmədim. Borcumu ödəyib bitirəndən sonra kartın bağlanması üçün filiala yaxınlaşdım. Dedilər ki, iki aylıq xidmət haqqı olan 4 manatı ödəməliyəm və ödənişdən sonra sistemdən silinə bilər. Yəni məsələni yerində həll edə bilmədilər. Dedilər ki, sistemdən silinməsi üçün mütləq gözləməlisən. Balansıma 4 manat köçürmə etdim ki, iki aylıq xidmət haqqı çıxılanda borc yaranmasın. Lakin yenə 1 manat borc yaranıb.

“Online chat” bölməsinə yazaraq aydınlaşdırmaq istədim və bildirildi ki, sığorta haqqı tutulub. Kartdan çıxarış çıxaranda görürəm ki, sığorta adı ilə çıxılan 1 manat necə olubsa, 4 manat köçürmə etdiyim karta məxaric kimi göstərilib. İndi də işin içindən çıxmaq olmur. Ən xırda problemdə belə deyirlər ki, işinizi-gücünüzü atıb filiala gəlin. Ancaq kartı sifariş edəndə iş yerinə kimi çatdırılma edilir”.

Bənzər yazılar

Back to top button