İdman

Modriç Bekhemin klubunda?

“Real”ın futbolçusu Luka Modriç karyerasını ABŞ-da davam etdirə bilər.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, həmtəsisçisi Devid Bekhemin olduğu “İnter Mayami” xorvat yarımmüdafiəçi ilə maraqlanır.Klubun nümayəndələrindən birinin 34 yaşlı oyunçunu MLS-də oynamağa razı salmağa çalışdığı bildirilib.

Xəbərdə Madrid klubunun Modriçlə yolları ayırmağa hazır olduğu da vurğulanıb.

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 7 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button