İdman

“Messi gəzə-gəzə işini görəcək, Ronaldu isə…” – Anelka

Fransa millisinin sabiq hücumçusu Nikolya Anelka iki superulduzdan – Kriştianu Ronaldu və Lionel Messidən danışıb.

Fanat.az xəbər verir ki, “RMC Sport” onun söylədiklərini belə çatdırıb:

“Hər ikisi 15 ildən çoxdur ki, karyerasını davam etdirir. Məni daha çox Messi təəccübləndirdi. Açığı, düşünürdüm ki, o, Fransa çempionatında gəzə-gəzə işini görəcək, Ronaldu isə İngiltərədə çətinlik çəkəcək. Çünki İPL ağır çempionatdır. Bundan sonra dünya futbolunda başqalarından bu dərəcədə fərqlənən futbolçuların olacağına inanmıram. Getdikcə zəifləmələri normaldır. Yaşıl meydanlarda mümkün qədər çox qalmaq istəyən bütün futbolçuların sonu belə olur.

Peşəkar karyeranı bitirmək üçün düzgün zaman seçmək, futbolu zirvədə buraxmaq da şərtdir. Belədə, tənqidlər də olmur. Mən butslarımı 36 yaşımda mıxdan asmışam. Amma 32 yaşımda Çinə yollanmışam”.

Bənzər yazılar

Back to top button