İqtisadiyyat

Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır (SƏRƏNCAM)

Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sayı artırılıb.

AzToday.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda edilən dəyişiklikdə əksini tapıb.

Bakı şəhər regional miqrasiya baş idarəsi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib. Başqa sözlə, Bakı şəhər regional miqrasiya idarəsinə baş idarə statusu verildiyi üçün ayrıca qurum kimi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib.

Bənzər yazılar

Back to top button