İdman

“Neftçi”nin prezidentinin səlahiyyətləri MƏHDUDLAŞDIRILDI

“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klubun prezidenti Kamran Quliyevin səlahiyyətlərini bir qədər də məhdudlaşdırıb.

O, əsas komanda ilə bağlı işlərdən kənarda saxlanılıb.

Quliyev indi nə futbolçularla görüşür, nə də baş məşqçi Samir Abasovdan hesabat istəyir.

Komandaya gələn və ya uzaqlaşdırılan oyunçuların kimliyi onunla razılaşdırılmır. Hətta müqavilə şərtlərinin müzakirəsi də Quliyevin iştirakı olmadan aparılır.

Qəhrəmanov bu qərarı verərkən, ümumi vəziyyəti nəzərə alıb. Kollektiv daxilindən ona bununla əlaqədar çoxsaylı informasiyalar və şikayətlər daxil olub.

Klubun de-fakto birinci şəxsi sayılan Zaur bəy, ümumiyyətlə, Quliyevin yalnız təşkilati işlərlə məşğul olmasını istəyir. Ki, Abasov nəticə əldə etməyəndə, bunu rəhbərliyin üstünə atmasın, uğursuzluğun səbəbini onlarda görməsin.

Axı MŞ üzvünün da baş məşqçiyə antipatiyası var.

Aylar öncə sosial şəbəkələrdə Abasovun əleyhinə rəy yazan Qəhrəmanov görür ki, ötənilki çempionluğu təkrarlamaq mümkün olmayacaq, ona görə də çalışdırıcının bütün bəhanələrini bu yolla kəsməyi lazım bilib (sportinfo.az).

Bənzər yazılar

Back to top button