Dünya

Kreml ilk dəfə Ukraynada hipersəsli raket tətbiq edib

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynada hərbi əməliyyatlar zamanı hipersəsli silahın tətbiq olunduğunu bildirib. Bu barədə hərbi idarə səhər brifinqində məlumat verib.

“Hipersəsli aeroballistik raketli “Kinjal” aviasiya raket kompleksi tərəfindən İvano-Frankovsk vilayətində böyük yer altı hərbi sursat anbarı məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Odessa vilayətində radiotexniki kəşfiyyat mərkəzlərinə də “Bastion” sahil raketlərilə zərbə endiriblər.

2021-ci ilin dekabrında müdafiə naziri Sergey Şoyqu hipersəsli “Kinjal” raketli MiQ-31k təyyarələrilə silahlanmış əlahiddə aviasiya alayı barədə bildirmişdi. Həmin ilin payızında Rusiya prezidenti Vladimir Putin demişdi ki, “ABŞ-ın raket əleyhinə müdafiə strateji sistemini yerləşdirməsinə cavab olaraq” ölkə hipersəsli silah düzəltməyə başlayıb. Bu barədə novayagazeta.ru məlumat verib.(Turan)

Bənzər yazılar

Back to top button