CəmiyyətGündəm

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir

Bu gün, martın 20-də Azərbaycanda yaz fəslinin gəlişini özündə simvolizə edən el şənlikləri keçirilir

Bu şənliklər yazın gəlişilə gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması kimi bayram ediblər.

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

BMT isə 2010-cu ildə 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.

Bu il yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Bənzər yazılar

Back to top button