Sabiq prezidentə 4 ay həbs cəzası verildi

Print Friendly, PDF & Email

Tayvanın sabiq prezidenti Ma Yinq Çie 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo “South China Morning Post”a istinadən xəbər verir ki, Tayvan Ali Məhkəməsi məhkəmə qərarını ləğv edərək 67 yaşlı Çieyə həbs cəzası verib. O, gizli məlumatları digər şəxslərlə paylaşmaqda ittiham edilir.

Ma Yinq Çie qərarla bağlı Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Onun cəzasının qaldırılması və ya pulla əvəzlənməsi mümkündür.

Qeyd edək ki, sabiq prezident 2008-2016-cı illərdə Tayvana rəhbərlik edib.