Hadisə

Nazir ölkəyə yeni baş notarius təyin etdi

Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo-ya daxil olan məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Süleymanov Anar Bahadır oğlu Notariat İdarəsinin rəisi – Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub.
Ətraflı

Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov isə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bənzər yazılar

Back to top button