İdman

Noyer Oliver Kanın rekordunu qırdı

“Bayern Münhen”in qapıçısı Manuel Noyer veteran əlcək ustası Oliver Kanın rekordunu qırıb.

Fanat.az xəbər verir ki, 35 yaşlı qolkiper buna “Union Berlin”a 4:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Qapıçı Manuel Noyer Bundesliqada keçirdiyi 460-cı matçda 311-ci qələbəsini qazanıb və yeni rekord müəyyənləşdirib.

Bununla da, Noyer “Bayern Münhen”in sabiq qapıçısı Oliver Kanın nailiyyətini (557 oyunda 310 qələbə) üstələyib.

Bənzər yazılar

Back to top button