Dünya

Məhkəmə Navalnıy barəsində qərarını verdi

Moskvanın Lefortovo Məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı dələduzluq və məhkəməyə hörmətsizlik işi üzrə hökm elan edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hökmə əsasən Aleksey Navalnı 9 il sərt rejimli koloniyada cəza çəkəcək. Bundan başqa müxalifət lideri 1,2 milyon rubl cərimələnib .

Qeyd edək ki, 2020-ci ildə barəsində şərti cəza olan Aleksey Navalnı zəhərlənərək Almaniyada müalicə olunub.

Rusiyada cəza çəkmə şərtlərini pozduğuna görə axtarışa verilib. 17 yanvar 2021-ci ildə Moskvaya qayıdan müxalifətçi saxlanılıb. 2 fevral 2021-ci ildə məhkəmə şərti cəzanı real cəza ilə əvəz edib.

Bənzər yazılar

Back to top button