İqtisadiyyat

Cavanşir Feyziyevin qardaşı oğlunun rəhbərlik etdiyi şirkət kapitalını 11 milyona çatdırdı – FOTOFAKT

Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlunun rəhbərlik etdiyi “Tabaterra Leaf” QSC nizamnamə kapitalını 2 200 dəfə artıraraq 5 min manatdan 11 milyon manata çatdırıb.

Yeniavaz.com xəbər verir ki, “Tabaterra Leaf” QSC ötən ilin oktyabr ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə elan olunan investisiya müsabiqəsinin qalibi olub.

Nominal dəyəri 17 milyon 281 min 464 manat olan səhmlər “Tabaterra Leaf” QSC tərəfindən satın alınıb. “Tabaterra Leaf” QSC eyni zamanda dövlət büdcəsinə 6,4 milyon manat vəsait ödəyəcək və ümumi dəyəri 8,2 milyon manatdan az olmayan investisiya proqramı təqdim edəcək.

Rəqəmlərdən də göründüyü kimi “Tabaterra Leaf” QSC “Azərtütün” ASC-nin 85%-nə sahib olmaq üçün ən azı 31 milyon manat xərcləyəcək.

Məlumat üçün bildirək ki, “Tabaterra Leaf” QSC ötən ilin aprel ayının 24-də dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin qanuni təmsilçisi olan Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

“Tabaterra” QSC-nin təsiçisinin ya da təsiçilərinin kim olduğu məlum deyil.

Onu da qeyd edək ki, bu ilin yanvar ayında İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib.

Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 milyon funt sterlinq təşkil edib, onun üçdə birini – 5,6 milyon funt sterlinqini məhkəmə müsadirə edib.

Bənzər yazılar

Back to top button