DünyaManşet

Pentaqon: Rusiya ordusu hərbi gücünün 90 faizini itirib

Pentaqon Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarətini və igidliyini yüksək qiymətləndirir, TURAN-ın Vaşinqton müxbiri bildirib.

Pentaqonun yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, ruslar 27 gün öncə Ukraynaya təcavüz anından 1100-dən çox raket atıblar.

Son 24 saat ərzində Rusiya qoşunları Kiyevə doğru irəliləyə bilməyiblər. Bundan əlavə, onlar Donbas zonasını Ukraynanın qalan hissəsindən ayırmağa çalışırlar. Rusların Mariupolu ələ keçirmək cəhdləri məhz bununla izah olunur, Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi qeyd edib.

Son 24 saat ərzində Rusiya qoşunları Azov dənizindən Mariupolu raket atəşinə tutub. Ukraynalılar Mariupolun ələ keçməsi üçün inadla mübarizə aparırlar.

Hava məkanında da xüsusi dəyişikliklər baş verməyib. “Son sutkalarda Odessanın Qara dəniz tərəfdən atəşə tutulması müşahidə olunmayıb, lakin sahil yaxınlığında bir neçə hərbi gəmi yerləşir.

Pentaqon nümayəndəsi ordunun əhval-ruhiyyəsini, komandanlıq və idarəçiliklə bağlı problemləri, həmçinin Rusiya qoşunlarının təchizatı ilə bağlı ciddi problemləri nəzərə alaraq, Rusiyanın Ukraynanı tutmaq qabiliyyətini tənqidi qiymətləndirir.

Pentaqonda hesab edirlər ki, Rusiyanın Ukraynada hərbi gücü müdaxiləyə qədərki səviyyədən 90 faiz aşağı düşüb ki, böyük silah və canlı qüvvə itkisi bundan xəbər verir.

Bənzər yazılar

Back to top button