Dünya

Satqınların kim olduğu bu gün bəlli olacaq – Zelenski bugünkü 3 sammitdən danışdı

“Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Aİ, G7 sammitləri hər birimiz üçün vacibdir”.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videoformatda müraciətində deyib.

Onun sözlərinə görə, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar:

“Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır. Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik”.

Bənzər yazılar

Back to top button