Dünya

Zelenski Putinə səsləndi: “NATO-dan imtina etmək üçün 3 şərtimiz var”

“Ukrayna NATO-ya üzv olmaq planından imtina etməyə hazırdır”.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, həmkarı Putin ilə görüşməyə hazır olduğunu bir daha vurğulayıb:

“Bunun üçün Kiyevin 3 şərti var. NATO-dan imtina etmək qarşılığında Rusiya ordusunun geri çəkilməsini, atəşkəsin təmin edilməsini və ölkəsi üçün təhlükəsizlik zəmanəti tələb edirik. Putinlə görüşmədikcə Rusiyanın müharibəyə son vermək istəyib-istəmədiyini başa düşmək çətindir”.

Bənzər yazılar

Back to top button