İqtisadiyyat

Türizm obyektinin sahibi fəryad edir: Nicat Nəzərli qanunsuz yoxlamaların olduğunu deyir

Vergilər Nazirliyindəki kadr dəyişikliklərindən sonra vergi sistemində şəffaflığın artırılması və islahatlar ilə baglı hokm sürən sakitlik artıq regionlarda bir sıra ödəyicilərn narazılıqları ilə müşayət edilməyə başlayıb. Belə şikayətlərdən biri də məcburi köçkün Laçın rayonu Ağca kənd sakini sahibkar Novruz Gülməmmədov tərəfindən Agsu- İsmayillı ərazisindəki “Şöhrətoğulları” ailəvi istirahət mərkəzində baş verir. Sahibkar Novruz Gülməmmədov həmin istiraht mərkəzini 2015 ci ildən qohumları və ailə üzvlərilə birlikdə yaratdığını və bir neçə ilə biznesini inkişaf etdirərək turizm mərkəzinin ərazisində ciddi dəyişikliklər etmiş bir neçə tikililər inşa etdirmişdir. Novruz Gülmmədovun dediyinə görə bir il öncə Gömrük komitəsində Nazim adlı şəxs həmin ərazinin yüksək vəzifəli məmura aid olması ilə bağlı iddia qaldırıb və turizm ərazisinin onlara satılmasını tələb edir. Sahibkar əziyyətlə qurduğu biznesini satmadıqda məhkəməyə mraciət edilir və Agsu rayon məhkəməsində işə baxılır. Məhkəmə Turizm mərkəzinin Agsu rayonuna aid olmadığını və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olması haqqında qərar çıxarır. Bundan sonra sahibkarın qara günləri başlayır.

Novruz Gülməmmədov qeyd edir ki, fəaliyyət göstərdiyi dövrlərdə Vergilər Nazirliyinin 10 saylı Qəbələ regional şöbəsinin əməkdaşları turizm mərkəzində olmuş və sahibkardan yay fəaliyyəti dövründə 3 ay üçün 1000 Azn vergi ödəməsini tələb ediblər. Sahibkar həmin məbləğin 2 il müddətinə eyni qaydada ödəməsinə baxmayaraq, 2017 ci ildə artıq 3000 manat tələb edilir. Novruz Gülməmmədov bu məbləğı ödəyə bilməyəcəyini bildirir və bundan sonra turizm mərkəzinə ardıcıl olaraq Vergilər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz cərimə və sanksiyalar tətbiq edilir, yoxlamalar başlayır. Hətta sahibkar oz probleminin həlli ilə bağlı Prezidentliyə namizəd Hafiz Hacıyevə müraciət edir və teledebatda Hafiz Hacıyev həmin məsələni işıqlandırır .Baş verenlərlə bağlı sahibkar daha sonra olkə başçısına və birinci xanima müraciətlər ünvanlayır ki, nəhayət, onu bir neçə dəfə Vergilər Nazirliyinə çağırırlar və işi nəzarətə götürduklərini bildirirlər. Vergilər Nazirliyi nəhayət, 2018 ci il 23 aprel tarixli məktubunda sahibkara həmin məsələ ilə bağlı bildirir ki, Vergi əməkdaşlarının onun fəaliyyətinə müdaxilə etmələri və pul tələb etmələrilə bağlı heç bir sübut və dəlillər olmadığından onun iddiasi rədd edilir. Sahibkar bu hadisələrin əslində Nazim adlı Gömrük əməkdaşının peyda olmasından sonra baş verdiyini və vergi ilə bağlı problemlərinin başlanmasını iddia edir. Sonuncu yoxlama zamanı isə 2015-ci ildən bu günədək ərazidə tikilən yarım yaşayış və qeyri- yaşayış, həmcinin yaşıllıq zolaqlarının salınması zamanı görülən işlərın vergiyə zəlb edilməməsini və 3 illik fəaliyyətin yenidən yoxlanmasına başlamışdır.

Məsələ ilə bağlı Vergi Ödəyicilərinin Hüquqlarınn Müdafiəsi Cəmiyyətinin sədri Nicat Nəzərli ilə əlaqə saxladıq. Nicat Nəzərli sözügedən hadisə ilə bağlı mətbuatdan məlumatlı olduğunu və Novruz Gülməmmədovla telefon vasitəsilə əlaqə saxladığını bildirdi: “Bu ilk bu cür hadisə deyil. Respublikanın digər regionlarında da oxşar hadisələrlə bağlı bizə müraciətlər daxil olur. Əlbəttə, son illər turizmə olan maraq sahibkarlarla yanaşı, məmurların da marağındadır və əsasən yay turizmi kimi rayonlarda movsumu istirahət mərkəzlərini yaradan sahibkarlar illərlə əziyyət çəkir, həmin ərazini yaşıllaşdırır, hazır vəziyyətə gətirdikdən sonra müxtəlif bəhanələrlə əlindən alınır. Əlavə olaraq Vergi ilə bağlı məsələlərdə də qanunsuz yoxlamalar təəssüf ki, hələ də var. Novruz Gülməmmədovun şikayəti ilə bağlı həmin proses diqqətimizdədir”.

Bənzər yazılar

Back to top button