GündəmSiyasət

Ərdoğan: “İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”

“Əlbəttə, bu səfərlərlə birlikdə ikitərəfli münasibətlərimizi də müzakirə etmək fürsəti də olur. Gələn ölkələrlə bölgəyə dair problemləri də masaya qoyuruq. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev qardaşımın səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. Özü də Rusiyanı ən yaxşı tanıyan liderlərdəndir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Onun Putinlə münasibətləri də məlumdur. Bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir. Bu məsələləri özü ilə çox açıq, konkret danışmaq fürsətimiz olub”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan daha sonra Rusiyaya qarşı sanksiyalar barədə deyib ki, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm: “Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil. Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”, – dövlət başçısı bildirib.

Bənzər yazılar

Back to top button