GündəmManşetSiyasət

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir”

“Ermənilərin informasiya təxribatı davam edir”.

Bu barədə martın 25-də Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, – nazirlikdən bildirilib.

Bənzər yazılar

Back to top button