Dünya

Aleksandr Duqin: “Putin məğlub olsa, dünyanı məhv edəcəyik…”

Bu hərbi əməliyyat bizim üçün ölüm-qalım məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu ola bilməz. Əgər olsa, nə Putin, nə Rusiya, nə də dünya olacaq.

Bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin deyib

“Çünki hər şeyi riskə atdıq. Nüvə hücumu ilə üzləşsək, NATO müharibəyə müdaxilə etsə, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmalı olacağıq. Rusiya olmasa, bəşəriyyət də ola bilməz. Bu dünyada yaşamaq istəyirsənsə, böyük və müstəqil Rusiyanı qəbul etməlisən. Tariximizin hər mərhələsində qalib gəlməyi bacarmışıq. Dəyərsiz hər kəs öləcək. Putini məğlub olan Qorbaçov və Yeltsinlə müqayisə etdikdə, nəticə çox şey deyir. Zəif və axmaq liderlərimiz olduğu kimi, böyük və cəsur liderlərimiz də ola bilər”, – Duqin bildirib.

Bənzər yazılar

Back to top button