Dünya

Zelenski Ukraynanı satanlara müraciət etdi: Rusiya hətta özününkülərini də atır

Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunları ilə əməkdaşlığa çalışan ukraynalılara müraciət edərək, Rusiyanın hətta özününkülərdən də imtina etdiyini xatırladıb.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, o, bu barədə Prezidentin Telegram-kanalında yayımlanan videomüraciətində bildirib.

Zelenski Xerson, Kaxovka, Slavutiç və digər şəhərlərdə işğalçılara müqavimət göstərməkdən əl çəkməyən ukraynalılara təşəkkür edib.

O vurğulayıb ki, işğalçılar müvəqqəti olaraq Ukrayna şəhərlərinə daxil olublarsa, bu, yalnız onların oranı tərk etməli olacağı anlamına gəlir.

“Rusiya hərbçiləri ilə əməkdaşlıq etməyə çalışan fenomenal axmaqlara isə xatırlatmaq istəyirəm ki, onlar özlərininkini belə atırlar. Başqalarının satqınlarını neynirlkər? Mən onlara deyərdim: fikirləşin. Amma bilirəm ki, belə adamlar var. Ancaq bilirəm ki, belə adamların düşünəcəsi yoxdur. Əks halda satqın olmazdılar”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Zelenski müharibənin dayandırılması ilə bağlı razılaşmaların Rusiya prezidenti Vladimir Putinlə olmasına əmindir, lakin o, bu prosesi gecikdirir: “Razılaşmaq üçünsə o, indi olduğu yerdən çıxamlı və Ukrayna, Rusiya Federasiyası və Belarus Respublikası istisna olmaqla, dünyanın istənilən yerində mənimlə görüşə gəlməlidir.

Bənzər yazılar

Back to top button