Siyasət

Azərbaycan hərbiçiləri NATO-nun kursunda iştirak ediblər

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər.

Kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib, xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.

Bənzər yazılar

Back to top button