Hadisə

MTK rəhbəri Taley Alaverdiyevlə Pənah Kərimovun həbsi istənilir

Bakıda Yeni Günəşlidə “Sahil – S İnşaat” MTK rəhbərlərinin həbsi tələb olunur.

AzToday.az xəbər verir ki, bu haqda anaxeber.info məlumat yayıb. Şirkət 200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanıblar.

Nəticədə 200-ə yaxın ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır.

Əvəzində isə Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, həmçinin “mafioz makler” dəstəsi heç bir məsuliyyət daşımadan, sanki belə də olmalıymış kimi, azad-arxayın gəzirlər. Baxmayaraq ki, haqqı pozulan sakinlər dəfələrlə Prezident Adminstrasiyasına gedib, Baş Prokurorluğa müraciət edib, onlarla məktublar ünvanlayıb. Amma çi fayda?!

Bənzər yazılar

Back to top button