İdman

“Barselona”da üsyan – Futbolçular ayağa qalxdı

Dəhşətli koronavirus xəstəliyi dünyanı gərginlik altında saxlamağa davam edir.

Qaynarinfo xəbər verir ki, bu bəla iqtisadiyyatla yanaşı dünya futboluna böyük zərbə vurur. Bəzi klublar vəziyyətdən çıxmaq üçün futbolçuların maaşlarını azaltmağa çalışırlar. Bu qərarı anlayışla qarşılayanların sayı kifayət qədərdi.

Amma “Barselona”nın düşərgəsində belə təşəbbüsə görə gərginlik yaranıb. Kataloniya klubunun üzvləri koronavirusa görə maaşlarının 70 faiz azaldılmasına etiraz edib. Bu barədə “Sport.es” yazıb.

Məlumatda bildirilir ki, Katalon klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Oyunçuların bir hissəsi bununla razılaşıblar, ancaq bəzi futbolçular buna qarşı çıxıblar. “Barselona” bir müddət bu tədbiri İspaniyadakı karantinə daxil etmək istəyir. Bəzi məlumatlara görə, maaşların 70% azaldılması futbolçuların bir neçə həftə ərzində illik əmək haqlarının 5-10%, başqa məlumata görə isə, 20%-ə qədər itirməsinə səbəb olacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir.

Bənzər yazılar

Back to top button