Hadisə

Ötən il işdən çıxarılan Elton Məmmədov vəzifəsinə qaytarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov işinə bərpa olunub.

Yeniavaz.com xəbər verir ki, bunu AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayeva APA-nın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb və E. Məmmədov artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button