İdman

“Barselona” prezidenti: “İki yeni futbolçuyla müqavilə bağlamışıq”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun iki yeni tarsnfer etdiyini açıqlayıb.

Fanat.az xəbər verir ki, onun söylədiklərini tanınmış insayder Fabritsio Romano şəxsi “Twitter” hesabı üzərindən ictimaiyyətə çatdırıb:

“Gələn mövsüm üçün iki yeni futbolçu ilə müqavilə bağlamışıq. Ancaq adlarını açıqlamağıma icazə yoxdur. Onu deyə bilərəm ki, biri mərkəz müdafiəçisi, digəri yarımmüdafiəçidir”.

Romano bu futbolçulardan birinin “Milan”ın yarımmüdafiəçisi Frank Kessye, digərinin isə “Çelsi”nin müdafiəçisi Andreas Kristensen olduğunu vurğulayıb. Hər iki futbolçunun klublarıyla olan müqavilələrinin müddətinin cari mövsümün sonunda başa çatacağını qabardan insayder Kessye və Kristensenin “Barselona”ya azad agent statusu ilə qoşulacaqlarını bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button