Dünya

Daha bir ölkə 17 Rusiya diplomatını qovur

Niderland 17 Rusiya diplomatını cəsusluqda ittiham edərək ölkədən qovur.

Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra öz Twitter səhifəsində məlumat verib.

“Rusiyanın Niderlandda yerləşən diplomatik idarələrinə ezam edilmiş və diplomat adı altında fəaliyyət göstərən 17 rus kəşfiyyatçısını ölkədən çıxarır. Bu hərəkət AIVD (Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) və MIVD (Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) məlumatlarına əsasən edilir. Qeyd edilən kəşfiyyatçılar Niderlandın milli təhlükəsizliyinə təhlükədir”, – nazir bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir sıra Avropa ölkələri bu ölkənin diplomatlarını cəsusluqda ittiham edərək ölkələrindən qovub (https://qaynarinfo.az/az/daha-bir-lke-rusiyaya-qarsi-5-diplomat-arzuolunmaz-sexs-elan-edildi/ ).

Rusiya diplomatik korpusu ən böyük zərbəni Polşadan alıb. Belə ki, 23 martda Polşanın Daxili Təhlükəsizlik Agentliyi 45 rusiyalı diplomatını cəsusluqda ittiham edərək ölkəni tərk etmələrini tələb edib.

Həmçinin Bolqarıstan (10 dilomat), Şimali Makedoniya (5), Slovakiya (3), Estoniya (3), Litva (4) və Latviya (3) Rusiya diplomatını Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətdə ittiham edərək arzuolunmaz şəxs elan edib.

Bənzər yazılar

Back to top button