Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri bu gün Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaz ölkələrində səfərdədir.

Tbilisi, Bakı və Yerəvana səfərlər mövcud çağırışlara, regionda gərginliyin azaldılması üçün lazım olan dialoqun asanlaşdırılmasına, ATƏT-in vasitəçilik səylərinin dəstəklənməsinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Cənubun üç ölkəsi arasında əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Nazir Zbiqnev Rau Gürcüstanda olarkən prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və Azərbaycan diplomatiyasının rəhbəri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Məlumata görə, daha sonra nazir Rau Ermənistana səfər edərək prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.(Turan)

Bənzər yazılar

Back to top button