GündəmManşetSiyasət

Müdafiə Nazirliyi əsgər Fərid İsmayılova cavab verdi: “Yalandır, əsassızdır…”

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Fərid İsmayılovun sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib. Nazirliyin əsgərə cavabında deyilir:

-Əvvəla onu qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir. Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik.

Xatırladaq ki, Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu Fərid İsmayılov sosial şəbəkələrdə yazdığı statsunda xidmət şəraitindən narazı olduğunu, təminatda çatışmazlığının olduğunu iddia edirdi.

Bənzər yazılar

Back to top button