Cəmiyyət

Almaniyadan 38 Azərbaycan vətəndaşı qaytarılıb

Azərbaycan və Aİ arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişə uyğun olaraq martın 29-da Almaniyadan 38 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsinin 30 mart tarixli məlumatında deyilir.

Gələnlər evlərinə göndəriliblər, deyə DMX bildirib.

Readmissiya olunmuş şəxslərin reinteqrasiyası üzrə işi qrup qayıdan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyada qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılması üzrə tədbirlər görür, deyə məlumatda qeyd edilir.

Bir müddət əvvəl hüquq müdafiəçiləri AFR-dən deportasiya olunan son qrupda siyasi fəal Samir Aşurovun da olduğunu bildiriblər. Onlar Aşurovun Azərbaycanda repressiyalarla qarşılaşa biləcəyindən ehtiyatlanırlar.

Bənzər yazılar

Back to top button